Azərbaycan Premyer Liqasının ilk turunda "Kəpəz” "Dalğa Arena”da "Qəbələ”nin qonağı olub. Qarşılaşma "Qəbələ”nin 2-0 hesablı qələbəsiylə başa çatıb.
Oyunsonrası mətbuat konfransında "Kəpəz”in baş məşqçisi Şahin Diniyev fikirlərini bildirib: "Gərgin oyun keçdi. Biz oynadıq, "Qəbələ” qol vurdu. Futbolçularda qalib ruhunun olmaması məni narahat edir. Düşünürəm ki, komanda yaxşı oynayır. Amma futbolçularda qol vurmaq üçün ustalıq səviyyəsi çatmır. Qol epizodları zamanı səhv buraxdıq. İrəli baxmalıyıq. Qarşıda daha çox oyun var və oyunumuzu daha da mnükəmmələşdirməliyik. Belə isti havada geriyə dönüş futbolçular üçün çətin idi. "Qəbələ”ni təbrik edirəm”.
- Futbolçular çox həvəssizdi. Bunun səbəbi nədir?
- Futbolçular oynamaq istəyir. Bu gün topsuz oynayanfutbolçularım çox idi. Futbolçuların geriyə dönməsində problem var idi. Çox səbəb saya bilərəm. Ancaqbu gün futbolçular bacarmadılar. Artıq nə desək gecdi. Sadəcə mövqe səhvlər etdik.
- Komandanın hədəfinə görə heyəti yetərlidimi?
- Bəli. Bu heyətlə avrokuboklara vəsiqə qazanmaq gücündəyik. Bizim heyətimizdə yaxşı futbolçular var və biz yorğanımıza görə ayaqımızı uzadıb, futbolçuları komandamıza cəlb eləmişik.
- Komandanın kapitanını əvəzləməyinizə səbəb nə idi?
- Turalı Novruzla əvəzlədim. Bunun hər hansı səbəbi yox idi. Novruz daha çox hücumda oynadığı uçun onu meydana buraxdım.