"Neftçi"nin yeni transferi Edsin Kastilya AZAL üzərindəki 2:0-lıq qələbədən sonra Newsport.az saytına açıqlama verib.
O, öncə oyun haqda danışıb: "Çətin matç oldu. Bildiyiniz kimi, mən də komandada yeniyəm. Lakin buna baxmayaraq, komanda yoldaşlarım mənə çox dəstək oldu. Ümumiyyətlə, komanda olaraq hamı bir-birinə böyük dəstək nümayiş etdirdi. Bunun nəticəsində qələbə qazandıq və bunun üçün çox şadam".
Braziliyalı futbolçu süni meydançada oynamağın çətinliyindən də danışıb: "Bəli, süni meydançada oynamaq çətindir və bu mənada mən də bir az çətinlik çəkdim. Lakin əvvəldən bu haqda məni xəbərdar etmişdilər ki, oyun süni meydançada olacaq. Ona görə də özümü buna hazırlamışdım. Allaha şükürlər olsun ki, hər şey yaxşı oldu və oyunu problemsiz başa vurduq".