Azərbaycan Premyer Liqasının ilk turu "İnter”in yeni futbolçusu Tərlan Quliyev üçün ikiqat əlamətdar olub.
Newsport.az-ın məlumatına görə, müdafiəçi paytaxt klubunda ilk çempionat oyununu keçirib. Bu, "Qarabağ”la görüşə təsadüf edib. Qarşılaşma həm də müdafiəçinin ölkə çempionatlarında 100-cü matçı olub. 2009/10 mövsümündə "Neftçi”də oynadığı vaxt debüt edən Quliyev 100 oyunda 1 qol vurub.
"İnter” Tərlan Quliyevin Premyer Liqada 5-ci klubudur. O, "Neftçi”də 48, "Kəpəz”də 35, "Sumqayıt”da 10, "Qarabağ”da 6 oyuna çıxıb. Futbolçunun yeganə qolu da Gəncə klubunda qeydə alınıb.
|
2009/10
|
Neftçi (Bakı)
|
1
|
0
|
|
2010/11
|
Neftçi (Bakı)
|
5
|
0
|
|
2011/12
|
Sumqayıt
|
10
|
0
|
|
2011/12
|
Neftçi (Bakı)
|
5
|
0
|
|
2012/13
|
Neftçi (Bakı)
|
22
|
0
|
|
2013/14
|
Neftçi (Bakı)
|
15
|
0
|
|
2014/15
|
Qarabağ (Ağdam)
|
6
|
0
|
|
2015/16
|
Kəpəz (Gəncə)
|
35
|
1
|
|
2016/17
|
İnter (Bakı)
|
1
|
0
|
|
Cəmi
|
|
100
|
1
|
pfl.az