"Mənim fərqlənməyim, iki qol vurmağım əsas deyil" - Ruslan Abışov

Azərbaycan Premyer Liqasının ilk turu çərçivəsində öz meydanında “Qarabağ”la qarşılaşan “bankirlər” matçdan 2:1 hesablı qələbə ilə ayrılıb.

Dubl edərək məğlub durumda olan komandasının əzmkar qələbəsində əsas pay sahibi olan “İnter”in və millimizin futbolçusu Ruslan Abışov oyun haqqında fikirlərini Newsport.az saytının əməkdaşı ilə bölüşüb:

"“Bilirdik ki, bizi çətin oyun gözləyir. Sözün açığı ilk turda “Qarabağ”la qarşılaşmaq istəməzdik.Çempionat yeni başlayıb. Hələ ki, tam formada deyilk.Belə bir rəqibə qarşı əks hücumlarda diqqətli olmalısan.Əks hücumlarda biz daha yaxşı oynayırdıq.Biz daha istəkli idik.İlk hissədə qol buraxdıq buna baxmayaraq biz daha istəkli oynayaraq iki qol vurub oyunu öz xetrimizə dəyişdik. Biz bu oyunu unudub “Qəbələ” ilə növbəti çətin sınağı düşünməliyik.“Qarabağ”a gələcək oyunlarda və Avroliqada uğurlar arzu edirəm."

 

- “İnter”in heyətində ilk rəsmi oyun və iki qol...

- Biz komanda olaraq Türkiyədə yaxşı hazırlıq keçdik.Oyunda mənim fərqlənməyim, iki qol vurmağım əsas deyil. Komanda olaraq çox yaxşı oynadıq və əsas odu ki, nəticə qazandıq.İnanıram ki, iki-üç turdan sonra siz daha yaxşı "İnter" görəcəksiz.Bunun üçündə çox çalışmalıyıq komanda şəklində.

- Demək olarmı Ruslan Abışov geri dönüb?

-Bunu demək hələ tezdi.Çalışacam ki,bundan sonra daha çox çalışım və komandama xeyir verim.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right