Zaur Svanadze: "Biz çempionluğa real namizəd deyilik"

Azərbaycan Premyer Liqasının 1-ci turunda evdə “Qarabağ”ı 2:1 hesabıyla məğlub edən “İnter”in baş məşqçisi Zaur Svanadze oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Newsport.az-ın məlumatına görə, gürcü mütəxəssis oyunla bağlı bunları deyib:

- Yaxşı oynadıq. Xüsusilə, ikinci hissədə. İlk hissədə də yaxşı oynasaq da, təəssüfləndirici qol buraxdıq. Oyundan razı qaldım. Belə davam etsək, yaxşı olacaq. Ancaq çempionatda işimiz heç də asan olmayacaq.

- “İnter”in futbolçularını qəhrəman hesab etmək olar?
- Qəhrəman demək düzgün olmazdı. Sadəcə olaraq, meydana çıxmaq və oynamaq lazımdı. Futbolçular yaxşı oynasalar da, qəhrəman adlandırmaq olmaz.

- Çempionatın çətin olacağını dediz. Bunu rəqiblərin gücünə görə dediz?
- Əlbəttə, rəqiblərimizə görə. 8 komanda çıxış edir və hamısı da çətin komandalardı.

- Bu mövsüm əsas hədəfiniz nədi?
- Bu mövsüm əsas hədəfimiz ilk dördlükdə qərarlaşmaqdı. Ötən mövsüm bizim 15-16 futbolçumuz var idi. İndi isə 24-25 futbolçumuz var ki, bu da, hər mövqeyə iki futbolçu deməkdi. Əsas hədəfimiz isə avrokuboklara vəsiqə qazanmaqdı.

- Qələbəni müdafiə xəttinin oyununa, yoxsa Ruslan Abışovun fərdi ustalığına yazmaq olar?
- Həm komandanın yaxşı oyununa, həm də Ruslanın fərdi ustalıq səviyyəsinə bağlamaq olar.

- “İnter”i çempionluq uğrunda gizli, yoxsa aşkar favorit saymaq olar?
- Biz favorit deyilik. Zarafat etmirəm. Ciddiyəm, biz çempionluğa real namizəd deyilik.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right