"Neftçi" "Qranada"nın oyunçusu ilə müqavilə imzaladı

"Neftçi" daha bir futbolçu ilə güclənib.

Newsport.az-ın məlumatına görə, paytaxt klubu İspaniyanın "Qranada" klubunun braziliyalı yarımmüdafiəçisi Denilson Pereyranı icarəyə götürüb.

21 yaşlı cinah oyunçusu "Qranada"nın ikinci komandasında 38 oyuna 10 qol vurub. İspaniya mətbuatının məlumatına görə, intizamsızlığına görə cəzalanan futbolçu əvəzedici komandaya da buna görə göndərilibmiş.

Denilson "Neftçi" ilə mövsümün sonunadək müqavilə bağlayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right