Portuqaliyalı futbolçu Azərbaycandakı debüt oyunu haqqında danışdı

Azərbaycan Premyer Liqasının I turunda "Zirə” doğma azarkeşləri önündə "Sumqayıt”a məğlub olub – 0:1. Matçdan sonra "Zirə”nin portuqaliyalı futbolçusu Migel Lorenzo Newsport.az saytının əməkdaşının suallarını cavablandırıb:
 

- Migel, debüt matçın necə keçdi?
- Çox təəəssüf, uduzduq. Debüt matçımda qələbə qazanmaq daha xoş olardı. "Sumqayıt” oyun ərzində çərçivəyə 1 zərbə vurdu və qol oldu. 
 
- Oyunun nəticəsi ədalətli idi?
- Xeyr. Amma bu, futboldur.
 
- Yeni transferlər komandaya uyunlaşa bilir? 
- Biz hələ bu mərhələni keçirik. Hər şey yaxşı olacaq. 
 
- İlk oyundan sonra Azərbaycan futbolu haqda nə düşündün? 
- Onu deyim ki, Portuqaliyadan fərqlidir.
 
- Süni örtüklü meydanda oynamaq ağır deyildi? 
- Portuqaliyada süni ot örtüklü meydan yoxdu. Hamısı təbii otdandır. Amma "Zirə”nin stadionundakı süni ot qaydasındadır. Problem yoxdur. 
 
- Siz ilk dəfə idi ki, süni ot örtüklü meydanda oynadız?
- Xeyr. Mən sonuncu dəfə 15 il əvvəl süni örtüklü meydanda oynamışdım. Amma sonra oynamamışdım. 
 
- İlk oyundan sonra "Zirə” azarkeşləri haqda nə düşündün? 
- Bizi azarkeşlərimiz yaxşı dəstəklədilər. Onlara təşəkkür edirəm. Azarkeşlərimizin stadionlara gəlməsi yaxşı haldır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right