"Rəqib futbolçu komanda yoldaşımı söydü" - Ruslan Nəsirli MÜSAHİBƏ

Azərbaycan Premyer Liqasının yeni mövsümünə start verilib. Çempionatın açılış oyunu Şüvəlanda baş tutub və “Neftçi”  AZAL-ı məğlub edib. Oyunda qırmızı vərəqə alaraq komandasını azlıqda qoyan AZAL-ın yarımmüdafiəçisi Ruslan Nəsirli oyundan sonra Newsport.az-a müsahibə verib.

- Mövsümün ilk oyununda “Neftçi”yə 0:2 hesabı ilə uduzdunuz. Qarşılaşma barədə nə deyə bilərsən?
- Oyuna yaxşı başlamışdıq. İlk hissədə “Neftçi”dən daha yaxşı təsir bağışladıq. Fasiləyə qədər 2-3 qol epizodumuz oldu. Lakin həmin epizodları dəyərləndirə bilmədik. Bəxtimiz gətirmədi. Eləcə də birinci hissədə mənim səhvim ucbatından azlıqda qaldıq. Heç nədən qırmızı vərəqə aldım. Bu da komandamızın oyununa təsir göstərdi. 

- Qırmızı vərəqə aldığın epizodda hakimin qərarı haqlı idi?
- Hakim heç vaxt qərarını dəyişmir. Qırmızı vərəqə göstəribsə, deməli, bunu lazım bilib. 

- Meydanı tərk edəndə çox aqressiv idin. Hiss olunurdu ki, qərardan narazısan...
- Bu, emosiyalardı. Bu haqda çox danışmaq istəmirəm. Sadəcə onu deyim ki, rəqib futbolçu komanda yoldaşımı söydü. Mən də onu itələyərək, belə sözlərin lazım olmadığını dedim. O isə yerə yıxıldı. Yekunda da hakim mənə qırmızı vərəqə göstərdi.

- Ümumiyyətlə, hakimlərin idarəçilyini necə dəyərəndirərdin?
- Hakimlərin işinə qiymət vermək istəməzdim. 

- Oyundan sonra baş məşqçiniz Tərlan Əhmədov paltardəyişmə otağında nə dedi?
- Baş məşqçiin paltardəyişmə otağında dedikləri orada da qalmalıdır. Məncə, bunun mətbuata çıxmasına ehtiyac yoxdur.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right