Premyer Liqamızın ilk turunda “Sumqayıt” səfərdə “Zirə”ni məğlub edib.
Newsport.az-ın məlumatına görə, oyunda sonra “kimyaçılar”ın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırıb.
İlk oyun idi. Həm də səfərdə oynayırdıq. Uşaqlar ürəklə oynadılar. Heyətimizdə adlı-sanlı futbolçularla yanaşı, gənclər də var. Adlı-sanlı oyunçuya futbolu öyrətmək laım deyil. Həm də bu düzgün səslənməz. Hamı bacardığından artığını etdi. Desəm ki, bütün oyunlarımız belə olacaq, yalan deyərəm.
- Bu gün “Zirə” özü-özünü uduzdurdu?
- Biz istəklə oynadıq. Can qoyduq. “Zirə” haqda danışmağa ehtiyac duymuram.
- Kamran Ağayev “Sumqayıt”a lazımdı?
- Bəli.
- Məşqçilər həmişə qələbə qazananda deyirlər ki, futbolçular tapşırıqlarımı yerinə yetirdilər. Uduzanda isə deyirlər ki, tapşırıqlarımı yerinə yuetirmədilər.
- Elədir. Nə deyim? Bəlkə də məşqçi özünü sığortalamaq üçün deyir.