Premyer Liqamızın ilk turunda “Sumqayıt” səfərdə “Zirə”ni məğlub edib.
Newsport.az-ın məlumatına görə, oyunda sonra “qartallar”ın baş məşqçisi Adil Şükürov jurnalistlərin suallarını cavablandırıb.
İlk oyunu idi. Ağır oldu. Tam olaraq hazır deyilik. Güclənməyə ehtiyacımız var.
- Nurlan Novruzovu Murad Səttarlı ilə əvəzlədiniz. Niyə Yasin Həmidi oyuna erkən daxil etmədiniz?
- Yasini sonra üçün fikirləşdik. Daha çox qaçan futbolçu lazım idi.
- Məğlubiyyətin əsas səbəbi nə idi?
- Oyunun sonlarında yorulduq. Həm də çempionatının ilk turudur. Oyunçular öyrəşməlidir.
- Sizcə, bu ədalətli idi?
- Artıq barışmalıyıq. Amma ədalətli deyildi.
- Komandanın büdcəsi azalıb?
- Həmin büdcədir.
- Yeni gələn legionerləri gedənlərdən zəif yoxsa üstün tutursuz?
- Gələnləri gedənlərdən zəif saymıram.
- Nelson Bonilya üçün burnunuzun ucu göynədi?
- Artıq barışmaq lazımdır.