"Neftçi”dən ayrılan daha bir futbolçunun adına aydınlıq gəlib.
Newsport.az saytının məlumatına görə, söhbət milli komandamızın sabiq üzvü Elşən Rzazadədən gedir.
Gənc futbolçu özü "Neftçi”dən ayrılmaq istəyib. O, əsas heyətə düşməkdə çətinlik çəkdiyi üçün bu barədə qərar qəbul edib. Yarımmüdafiəçinin gələcək karyerasını hansı komandada davam etdirəcəyi bəlli deyil.
Qeyd edək ki, Rzazadə "Xəzər Lənkəran”ın yetirməsidi. O, cənub klubunda oynadığı zaman Robert Prosineçkinin rəğbətini qazanmış və milli komandaya dəvət almışdı.
Xatırladaq ki, Elşən yay transfer dönəmində "ağ-qaralar”ı tərk edən 7-ci futbolçu olub. Bakılılar daha öncə Nikolas Kanales, Salas Quinta Antonio, Erik Ramos, Aqil Məmmədov, Ailton Silva və Xuan Alberto Melli kimi futbolçularla yollarını ayırmışdı.