Emin Mahmudov Azərbaycan millisində!

FIFA-nın Oyunçuların Statusu Komitəsi Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının futbolçu Emin Mahmudovla bağlı müraciəti ilə əlaqədar qərar qəbul edib.

Newsport.az-ın məlumatına görə, qərara əsasən, AFFA və futbolçu Emin Mahmudovun assosiasiyanın dəyişdirilməsi ilə bağlı xahişi təmin olunub.

Mahmudova bu qərar tərəflərə göndərilən tarixdən etibarən Azərbaycan milli komandasında çıxış etmək icazəsi verilib. FIFA bu barədə UEFA və Rusiya Futbol İttifaqını da məlumatlandırıb.

Qeyd edək ki, Emin Mahmudov bir müddət öncə Rusiya "Krılya Sovetov"undan ayrılaraq, Portuqaliya "Boavişta"sına keçib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right