FİFA Ramil Şeydayevlə bağlı qərarını rəsmən açıqladı!

FIFA-nın Oyunçuların Statusu Komitəsi Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının futbolçu Ramil Şeydayevlə bağlı müraciəti ilə əlaqədar qərar qəbul edib.

Newsport.az-ın məlumatına görə, qərara əsasən, AFFA və futbolçu Ramil Şeydayevin assosiasiyanın dəyişdirilməsi ilə bağlı xahişi təmin olunub.

Şeydayevə bu qərar tərəflərə göndərilən tarixdən etibarən Azərbaycan milli komandasında çıxış etmək icazəsi verilib. FIFA bu barədə UEFA və Rusiya Futbol İttifaqını da məlumatlandırıb.

Qeyd edək ki, Şeydayev bir müddət öncə Rusiyanın "Zenit" klubundan ayrılaraq, Türkiyə "Trabzonspor"una keçib. 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right