Roman Qriqorçuk: "Peşmanlıq çəkmirəm"

Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində "Qəbələ” doğma azarkeşləri önündə Fransanın "Lill” komandasını qəbul edəvək.
 
 
"Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk oyundan öncə keçirilən mətbuat konfransında fikirlərini bildirib: Hər şey bizim hücumda necə oynamağımızdan aslıdır. Hər bir məşqçi istəyir ki, heyəti güclü olsun. İstədiyimiz hücumçunu almamaışıq. Dayaq yarımmüdafiəçi də almaq istərdik. Öz gənc oyunçularımıza da inanırıq. Onlar inkişaf edirlər.
 
- "Qəbələ” əks-hücumlar üzrə oynayır? "Lill” qol vursa, B planınız var?
- Bizim üçün üstünlük əks-hücumlar deyil. Biz oyuna görə və mövqeyimizə görə çıxış edəcəyik. Mən heç vaxt futbolçularıma deməmişəm kİ, A və B variantları var. Bu haqda düşünmürük. Yalnız rəqibi analiz edirik və oyunumuzu qururuq.
 
- Ederə qarşı xüsusi planınız var?
- Ederin səviyyəsinə hamımız bələdik. Rəqibimizin heyətinə güclü futbolçular çoxdur. Edərə qarşı xüsusi planınımız yoxdur.
 
- Viktor Mendi "Qəbələ”yə dəstək olub. Həmin videoya baxmısınız?
- Baxmamışam. Amma bu barədə eşitdim. Çox sevinirəm ki, Mendi bizə dəstək olub. Onunla işlədiyim üçün xoşbəxtəm. Mendiyə təşəkkür edirəm.
 
- "Lill” daha çox cinahlardan hücum qurur. Rəqibin bu üstünlüyünün qarşısını necə kəsməyi düşünürsüz?
- "Lill”in cinahdan üstünlüyə malik olmasını düşünmürəm. Birinci oyunda müdafiəni elə qurduq ki, onlar mərkəzdən yox, cinahdan hücum qurmalı oldular.
 
- "Qarabağ”ın dünən "Viktoriya” ilə keçirdiyi cavab görüşünə baxdızmı?
- Məşqimiz olduğu üçün "Qarabağ”ın oyununa canlı baxa bilmədim. Amma matçın epizodlarını gördüm. "Qarabağ” haqda yalnız xoş sözlər deyə bilərəm. Bu, futboldu. Layiq olmadıqları nəticə ilə üzləşdilər. Mən "Qarabağ”ı dəstəkləyirəm və onlara uğurlar arzulayıram.
 
- "Qəbələ”dən ayrılan sabiq köməkçilərinizlə əlaqə saxlayırsızmı?
- Köməkçilərlə həmişə danışıram. Onların burda olmadığına görə peşmanlıq çəkmirəm. Biz bu gün üçün yaşayırıq. Baş verənləri artıq fikirləşməyə dəyməz. Köhnə köməkçilərim isə hazırda işsizdilər, istirahət edirlər.
 
- Ötən mövsüm III mərhələni keçəndə papaq taxmışdınız. "Lill"i keçsəz, nə sürpriz edəcəksiniz?
- Tapşırıq "Lill"i keçməkdir. Sürpriz etməyə vaxtım yoxdur. "Lill"i keçək, nəsə düşünərik.
 
- 5:0 hesablı qələbə qazanmaq istəyirsinzimi?
- Rəqiblərimiz dəyişsə də, istəyimiz dəyişmir. İstərdik ki, 5 və ya 6 qolla qalib gələk.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right