“Lill”in baş məşqçisi: "Bu, bizim üçün faciə olacaq"

Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində "Qəbələ” doğma azarkeşləri önündə Fransanın "Lill” komandasını qəbul edəcək. 
 
Newsport.az xəbər verir ki, matçdan bir gün öncə "Lill”in baş məşqçisi  Frederik Antonettinin mətbuat konfransı baş tutub: 
 

- İlk oyunda "Lill” zəif təsir bağışladı. "Qəbələ”ni yaxşı analiz etməmişdiniz? Yoxsa komandaya əhəmiyyət vermədiniz?
- Deməzdim ki, zəif təsir bağışladıq. Hesab edirəm ki, sabah baş tutacaq oyunda komandamızın nəyə qadir olduğunu sübut edəcəyik.
 
- İlk oyunda komandanın 70 faiz hazır olduğunu bildirmişdiniz. Bəs, bu oyunda necədir?
- Demək istərdim ki, bu, bəlkə də bizim bəzi futbolçularımızın oynamasına görə idi. Sabah baş tutacaq oyun üçün proqnoz verə bilmərəm.
 
- "Lill” "Qəbələ”ni keçə bilməsə, faciə sayılacaq?
- Bu bizim üçün faciə olacaq. Uğursuz nəticə kimi qiymətləndirərəm.
 
- İlk matçda "Qəbələ”dən belə oyun gözləyirdiniz?
- Bəli. "Qəbələ” güclü komandadır. Onların oyununu izləmişdik.
 
- Sabah üçün iddialısız?
- Hesab edirəm ki, biz də güclüyük. "Qəbələ” kimi biz də iddialıyıq.
 
- İlk dəqiqələrdən hücum futbolu nümayiş etdirəcəksiniz?
- Bizim taktikalarımız var. Bunu indidən deyə bilmərəm.
 
- Ederi ilk dəqiqələrdən oyunda görə biləcəyik?
- Böyük ehtimalla start heyətdə oynayacaq.
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right