"Bir səhv bizə ağır başa gəldi" - Qara Qarayev

"Qol buraxana qədər yaxşı oynadıq. Bir səhv bizə ağır başa gəldi".

Bu sözləri "Qarabağ"ın futbolçusu Qara Qarayev Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Viktoriya" ilə oyundan (1:1) dərhal sonra Newsport.az-a deyib.

"Bu oyundan sonra özümüzə gəlməyimiz çətin olacaq.Çox çətin matç idi.  Hər kəs bizdən qələbə gözləyirdi. Əfsuslar olsun ki, futbolda belə nəticələr olur. Biz yaxşı oynadıq. Qələbə qazana bilərdik. Bəlkə də,bu oyunu unutmaq çətin olacaq. "Viktoriya" isə bircə qol vəziyyəti yaratdı, qol vurdu. Tarixi şansı əldən verdik.Çempionlar Liqasının "pley-off"una düşmək imkanını itirdik. Amma Avroliqanın qrupuna düşmək şansı qalır. Bunun üçün oynayacağıq. Avropa Liqasının pley-off mərhələsinə kimi özümüzə gəlməliyik"





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right