Qurban Qurbanov: "Oyunun gedişatı bunu tələb edirdi"

Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində başa tutan "Qarabağ” – "Viktoriya” oyunu 1-1 hesablı bərabərliklə başa çatıb. Bununla da, Ağdam klubu Çempionlar Liqasında mübarizəni dayandırıb.
 
Matçdan sonra keçirilən mətbuat konfransında təmsilçimizin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb: "Çox çətin matç idi.  Hər kəs bizdən qələbə gözləyirdi. Əfsuslar olsun ki, futbolda belə nəticələr olur. Biz yaxşı oynadıq. Qələbə qazana bilərdik. Bəlkə də,bu oyunu unutmaq çətin olacaq. Futbolçularıma göstərdikləri oyuna görə təşəkkür edirəm”. 
 
- Düşünmürsünüz ki, Əfran İsmayılovla əvəzetməni tamamlamalı idiniz...
- Düşünmürəm. Riçard özü əvəzlənmək istədi. Futbolçuların üzərinə çox böyük yük düşürdü. "Viktoriya”meydana 3 hücumçu ilə çıxmışdı və buna görə hərəkət edərdik. Düşünmürəm ki, əvəzetmələr oyuna təsir etdi. Oyunun gedişatı bunu tələb edirdi. 
 
- "Qarabağ” bu oyunu unuda biləcəkmi?
- Futbolda istənilən nəticələr olur. Bu oyunu yaddan çıxarmağa çalışacağıq. Unudulmayan oyun yoxdu. Bəlkə də, bundan sonra daha motivasiyalı oynayacağıq. Bu oyujnu çox tez unutmalı və qarşımızdakı oyunlara hazırlaşmalıyıq. 
 
- İtaliyanın "İnter” komandası ilə oyundan sonra daha çox mənəvi cəhətdən yıxılmışdınız, yoxsa bu gün?
- Dediyimiz kimi, futboldu. İstənilən nətticəyə hazır olmalıyıq. Qismətimizdə mərhələ adlamaq yoxdusa, barışmalıyı. Ən azından azarkeşlərimiz oyundan həzz aldı.  Nə "İnter”lə oyunu, nə də bu oyunu həmişə düşünməməliyik. 
 
- "Qarabağ”ın növbəti mərhələyə keçə bilməməsində istədiyiniz transferləri reallaşdırmamağınız da rol oynadımı?
- Həmişə demişəm ki, əsas əlimizdə olanları saxlamağa çalışmalıyıq. Bəlkə də, yeni transferlərin komandaya faydası çox olardı, amma oyun baxımından problem yaşayardıq. Futbol elə bir oyundu ki, əlində olandan düzgün istifadə etməlisən. Bəzən elə nüanslar olur ki, bizdən asılı olmayan səbəbdən transfer alınmır.

- Buraxdığınız qol sizi daha çox məyus etdi, yoxsa Miçelin qaçırdığı qol imkanı?
- Buraxdığımız qol məni daha çox məyus etdi. Çünki o olmasaydı, qələbə qazanacaqdıq. Məyusedici anlar çoxdu. Sonda nəticə məyusedici olur.

- Reynaldo hələ də fərdi oyuna üstünlük verir...
- Reynaldo ötürmə verib, qol vurduğu oyunlar da olub. Bunu hələ öyrənməməsini demək düzgün çıxmaz. Müdafiəçilərə daim yaxın oynayır. Buna görə də, onun daha çox driblinq etməsi vacib olur. Ən azı, Reynaldoda bu bacarıq varsa, ondan bunu tələb edirik. Hücumçu olduğunu nəzərə alaraq, digərləri ona ötürmə verməlidilər.

- Daxili çempionatda intriqanın olmaması belə oyunlarda özünü göstərir. Elə deyilmi?
- Biz Çexiya və Azərbaycan futbollarını bir tuta bilmərik. Amma oyun baxımından elə də geri qalmadıq. Əlbəttə, futbolçunun daha da möhkəm olması üçün daha çətin rəqibə qarşı oynaması lazımdı. Çempionatımız güclü olsa, futbolumuz daha çox inkişaf edəcək. Ümumən, Çexiya və Azərbaycan çempionatları arasında fərq elə də çox deyil.

- Elvin Yunuszadə əvəzetməsi olmasaydı, fərqli nəticə qeydə alına bilərdimi?
- Oyunun gedişatı bunu tələb edirdi. Bu gün bizim qismətimizdə deyildi ki, qələbə qazana bilmədik. Bu, ani bir epizod idi. Matçın gedişində ciddi dəyişiklik olmadı.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right