Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində "Qarabağ” doğma meydanında Çexiyanın "Viktoriya” komandasını qəbul edib. Qarşılşama 1-1 hesablı bərabərliklə başa çatıb və bu nəticədən sonra "Qarabağ” sözügedən turnirdə mübarizəni dayandırıb.
Maçtdan sonra keçirilən mətbuat konfransında "Viktoriya”nın baş məşqçisi Roman Pivarnik fikirlərini bildirib: "Bilirdik ki, "Qarabağ” güclü komandadı. Bu futbolçulara da tapşırmışdıq. Rəqibin oyununa görə öz oyunumuzu qurmuşduq. Müdafiədə səhv etdiymiz üçün "Qarabağ” qapımızdan qol keçirə bildi. Məqsədimiz qol vurmaq idi. "Qarabağ”ın qolundan sonra səbrli oynadıq və qol vura biləcəyimiz epizodu gözlədik. Məqsədimiz qol vurma idi. 60-cı dəqiqədən sonra oyunda taktiki dəyişiklik etdim və bun nəticəsini gördük”.
- Nəticəni ədalətli hesab edirsinizmi?
- Mənim fikrimcə, ədalətli nəticə idi. Dediyimiz kimi, məqsədimiz qələbə qazanmaq idi və buna nail olduq. Çox sevincliyik.
- Düşünmək olarmı ki, bəxtiniz gətirdi...
- Qapımızdakı qoldan sonra hücumu gücləndirməyi düşündük. Bəli, bir az bəxtimiz gətirdi.
- Azərbaycanda "Qarabağ” üçün belə azarkeş dəstəyi gözləyirdinizmi?
- Çox fantastik ab-hava idi. Çox xoşumuza gəldi. Azarkeşlərin dəstəyini çox bəyəndim. Sevinirik ki, belə bir rəqibi, belə bir atmosferdə məğlub edə bilmişik.