"Sumqayıt”ın əvəzedici komandanın baş məşqçisi Rövşən Babayevlə yollarını ayırması ilə bağlı məlumatı diqqətinizə çatdırmışdıq.
Newsport.az-ın məlumatına görə, mütəxəssis özü "Sumqayıt”dan ayrılmaq istəyib.
Belə ki, Babayev klubdan ayrılmaq istədiyini rəhbərliyə bildirib və onun fikrinə hörmətlə yanaşılıb. Bizdə olan məlumata görə, o, "Vətən” klubundan təklif aldığı üçün "Sumqayıt”dan ayrılmaq barədə qərar qəbul edib. Onun "Vətən”də hansı yaş qrupları üzrə komandadı çalışdıracağı isə bəlli deyil.
Qeyd edək ki, Babayev "Sumqayıt”dan öncə "Simurq” və "Rəvan” kimi komandalarda çalışıb. O, Zaqatala klubunda əvəzedici komandanın baş məşqçisi olubsa, "Rəvan”da əsas komandanın baş məşqçisi Emin Quliyevin köməkçisi vəzifəsində çalışıb.