Çimərlik futbolu üzrə Azərbaycan milli komandası avqustun 9-dan 15-dək Macarıstanın Siofok şəhərində keçiriləcək Avropa Liqasının seçmə mərhələsində çıxış edəcək.
Newsport.az-ın məlumatına görə, Zeynal Zeynalovun başçılıq etdiyi millimizin seçmə mərhələdəki rəqibləri Bolqarıstan, Danimarka və Macarıstandır.
Komandamız Avroliqa üçün heyətini və oyunlarının təqvimini diqqətinizə çatdırırıq:
Vaqif Şirinbəyov, Elçin Qasımov, Renat Sultanov, Elvin Quliyev, Amid Nəzərov, Orxan Məmmədov, İlkin Hacıyev, Asif Zeynalov, Ramil Əliyev, Sabir Allahquliyev, Əbdül Əliyev, Hikmət Bağırov.
12 avqust, saat 14:15
Azərbaycan – Bolqarıstan
13 avqust, saat 14:15
Azərbaycan – Danimarka
14 avqust, saat 19:00
Macarıstan – Azərbaycan
Qeyd edək ki, oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib.