"Qəbələ" - "Kəpəz" matçının tarixi dəyişdirildi

Azərbaycan Premyer Liqasının 1-ci turunun "Qəbələ" - "Kəpəz" oyununun tarixi dəyişdirilib.

Newsport.az-ın məlumatına görə, öncədən bu oyunun avqustun 7-də keçiriləcəyi xəbər verilirdi.

Lakin qarşılaşma bir gün sonraya - avqustun 8-nə keçirilib.

Qeyd edək ki, bu, "Qəbələ"nin avqustun 4-də Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Fransanın "Lill" klubuna qarşı keçirəcəyi cavab oyununa görə edilib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right