“Sumqayıt”da zədə problemi

Azərbaycan Premyer Liqasının 2016/2017 mövsümünün ilk turunda səfərdə "Zirə" ilə qarşılaşacaq "Sumqayıt" hazırlığını davam etdirir.
Newsport.az-ın məlumatına görə, bu gün Samir Abasovun rəhbərlik etdiyi komanda "Sumqayıt Arena"da axşam məşqinə çıxıb. 
Daha çox toplu çalışmalara üstünlük verən komandanın heyətində zədəli futbolçular yer alır. Belə ki, müdafiəçi Mikayıl Rəhimov və hücumçu Məhəmməd Qurbanov axşam çalışmasını fərdi məşqlə tamamlayıb.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right