“İnter”də ciddi itki

Yeni mövsüm üçün hazırlıqlarını davam etdirən Bakının "İnter” klubu tam heyətlə məşq edə bilmir.

Newsport.az-ın məlumatına görə, "bankirlər”in baş məşqçisi Zaur Svanadze mövsümöncəsi hazırlıq çərçivəsində komandanın kapitanı Nizami Hacıyevin xidmətindən istifadə edə bilmir. 
 
Belə ki, təcrübəli futbolçu məşqlərin birində sol ayağından xəsarət alıb. Futbolçunun son durumu ciddi olmasa da, o komandanın məşqlərində iştirak etmir. Nizami "İnter”in ötən gün "Qaradağ Lökbatan” komandasına keçirdiyi yoxlama matçında da iştirak edə bilməyib.
 
Maraqlıdı, komandanın kapitanı Premyer Liqanın ilk turunda "Qarabağ”a qarşı qarşılaşmada komandasına kömək edə biləcəkmi. Hacıyev əməkdaşımızla söhbətində ilk tura tam hazır vəziyyətdə olacağını bildirib: "Tam ciddi zədə hesab etmək olmaz. Sadəcə, baş məşqçimiz ehtiyat etdiyi üçün mənə fasilə verib. Çempionatın startına tam hazır olacaq. Ümid edirəm ki, hər şey yaxşıya doğru irəliləyəcək və "Qarabağ”la qarşılaşmada komandama kömək edə biləcəm”. 
 
Qeyd edək ki, Premyer Liqamızın ilk turu çərçivəsində baş tutacaq "Qarabağ” – "İnter” oyunu avustun 7-də reallaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right