“Kəpəz” “Şərurspor”u darmadağın etdi

Yeni mövsümün hazırlıqlarını Bakıda davam etdirən “Kəpəz” bu gün yoxlama oyunu keçirib.

Newsport.az-ın məlumatına görə, Gəncə klubu birinci divizion təmsilçisi "Şərurspor"la qarşılaşıb.

 Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının meydançasında keçirilən görüşdə "Kəpəz" 6:1 hesabı ilə qalib gəlib.

"Kəpəz"in heyətində Orxan Əliyev (2), Tural Qürbətov, Julan Ebah (2) və Dario Federiko fərqləniblər. "Şərurspor"un yeganə qoluna isə Bəhruz Teymurov imza atıb. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right