"Neftçi" hücumçu transfer etdi

"Neftçi” rumıniyalı hücumçu Katalin Tira ilə müqavilə imzalayıb.

Newsport.az-ın məlumatına görə, gənc hücumçu növbəti 1 il ərzində paytaxt klubunun formasını geyinəcək.

2009-2010-cü illərdə İtaliyanın "Udineze”, 2010-2013-cü illərdə isə "Latsio” klublarının formasını geyinmiş hücumçu, 2013-cü ildə Rumıniyanın 21 yaşadək futbolçulardan ibarət yığma komandasına dəvət alıb. 2013/2014-cü illər mövsümünü Hollandiyanın "Den Haaq” klubunda keçirmiş Tira daha sonra vətəninə qayıdıb. 2014-2016-cı illərdə Rumıniyanın "Braşov” və "Konkordia” klublarında çıxış etmiş gənc hücumçunun son klubu Buxarest "Rapid”i olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right