Bakının "Neftçi” klubu ilkin razılıq əldə etdiyi hücumçu Katalin Tira ilə münasibətlərini rəsmiləşdirmək üzrədi.
Newsport.az saytının məlumatına görə, 22 yaşlı futbolçu artıq paytaxtımıza təşrif buyurub. Tira bu gün Bakıya gəlib. Onun yaxın günlərdə "ağ qaralar”la 1 illik müqavilə imzalayacağı gözlənilir.
Qeyd edək ki, Tiranın son klubu Buxarestin "Rapid” komandası olub. Rumıniyanının 21 yaşadək futbolçulardan ibarət milli komandasının üzvü bundan başqa ölkəsində "Konkordia" və "Braşov" klublarında da forma geyinmək şansı qazanıb. Hollandiyada isə "Den Haaq" komandasının şərəfini qoruyub. Tira "Latsio"nun U-19 və "Udineze"nin əvəzedici komandasında da çıxış edib.