Son qərarı CAR-lı futbolçu yox, Qurban Qurbanov verəcək!

Bu gün Cənubi Afrika Respublika milli komandasının üzvü Dino Ndlovunun karyerasını Azərbaycanda davam etdirəcəyi ilə bağlı xəbərlər yayılıb. Xarici mətbuat iddia edir ki,  Kiprin "Anortosis” komandasının hücumçusu "Qarabağ”dan təklif alıb. Bildirilir ki, 26 yaşlı futbolçu "Qarabağ”ın təklifinə hər-hansı cavab verməyib. 
 

Newsport.az saytının məlumatına görə, "Qarabağ” hücumçuya hər-hansı təklif göndərməyib. Ötən mövsüm 28 oyunda 16  qol vurmağı bacaran futbolçu "Qarabağ”a təklif edilib. Futbolçunun gələcək taleyi isə "atlılar”ın baş məqçisi Qurban Qurbanovun verəcəyi qərardan asılı olacaq. Belə ki, təcrübəlıi mütəxəssis razılıq versə, tərəflər arasında danışıqlara başlanılacaq. 

 
Qeyd edək ki, Ndlovu Cənubi Afrika millisində 4 oyun keçirib. O karyerası ərzində İsrailin "Bney Yehuda", "Makkabi" (Hayfa) klublarında top qovub.
Futbol11.az 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right