Millimizin qolkiperi paytaxt klubu ilə anlaşdı

Aqil Məmmədovun ardından 21 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü Rəşad Əzizli də karyerasını AZAL-da davam etdirəcək. 
 

Newsport.az saytının məlumatına görə, son mövsümü  "Rəvan”ın heyətində parlaq oyun nümayiş etdirən Əzizli hazırda "təyyarəçilər”in düşərgəsindədi.  "Qaradağ Lökbatan”la yoxlama oyununda iştirak edən Əzizlinin yaxın günlərdə komanda ilə 1 illik müqavilə imzalayacağı gözlənilir.
 
Qeyd edək ki, Əzizli buna qədər "Səbail” komandasının düşərgəsində milli komandamızın qapıçı-məşqçisi Faiq Əzizovun rəhbərliyi altında məşq edirdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right