Hücumçu axtarışında olan “Qarabağ” bir futbolçu ilə danışıq aparır.
Newsport.az saytının məlumatına görə, Ağdam təmsilçisi Kiprin "Anortosis" klubunun afrikalı futbolçusu Dino Ndlovu ilə maraqlanır. Bununla bağlı "Qarabağ"ın Kipr klubuna təklif göndərdiyi bildirilir.
"Anortosis"in bu təklifə hansı cavab verdiyi barədə məlumat yoxdur.
Hələlik "Qarabağ" klubu məsələyə münasibət bildirməyib.
Qeyd edək ki, Dino Ndlovu əvvəllər İsrailin “Bney Yehuda”, “Makkabi” (Hayfa), ölkəsinin isə “Mamelodi”, “Bloemfonteyn”, “Supersport Yunayted” və “Mpumapanqa” klublarında çıxış edib.