Yay transfer dönəmində "Sumqayıt”la müqavilə imzalayan, daha sonra komandadan ayrılan Vadim Abdullayevin yeni komandasının adı bəlli olub.
Newsport.az-ın məlumatına görə, 21 yaşadək futbolçulardan ibarə milli komandamızın üzvü "Zaqatala” klubuyla anlaşıb. Abdullayev yeni klubuyla 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Vadim Abdullayev karyerası ərzində "Bakı”, "Simurq” və "Qəbələ” klublarında forma geyinib.