Azərbaycan futbolunun məşhur nümayəndələri Fərrux İsmayılov və Alim Qurbanov bir yerdə çalışacaqlar.
Newsport.az-ın məlumatına görə, millimizin sabiq üzvləri "Vətən" klubunda fəaliyyət göstərəcəklər. Bakıda maddi durum ağırlaşdıqdan sonra işsiz qalan veteran hücumçu İsmayılov "Vətən"in U-19 komandasına nəzarət edəcək. Əsasən "Xəzər Lənkəran"dakı çıxışlarından tanıdığımız Alim Qurbanov isə U-17 komandasında fəaliyyət göstərəcək. Bu Alimin məşqçi kimi ilk təcrübəsi olacaq.