"İnter" yoxlama matçı keçirəcək

Türkiyə toplanışını başa vuraraq vətənə qayıdan "İnter" növbəti mövsümə hazırlıqlarını Bakıda davam etdirir.

Newsport.az-ın məlumatına görə, məşqlər İdman və Bədən Tərbiyəsi Akademiyasının stadionunda keçirilir.

"İnter" sabah yoxlama matçı da keçirməyi planlaşdırır. "Qaradağ Lökbatan" ilə yoxlama matçı Bakı Olimpiya Stadionunun yardımçı meydançasında baş tutacaq.

Qarşılaşma saat 18:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right