Sergey Zenyov: "Bakıda Qəbələdən yaxşı futbol gözləyin"

"Qəbələ"nin hücumçusu Sergey Zenyovun müsahibəsi

- Fransanın "Lill" klubuna qarşı keçirdiyiniz ilk oyunu necə şərh edərdiniz?
- Yaxşı rəqibə qarşı oynayırdıq. Buna baxmayaraq, onların meydanında yaxşı nəticə qazana bildik. Ən önəmli olan səfərdə qol vurmağımız idi. Artıq cavab oyununa hazırlaşacağıq. Növbəti matç bundan da çətin olacaq.

- Niyə ikinci hissədə belə zəif oynadınız?
- Çox erkən qol buraxdıq. Yəqin ki, bu, şok effekti yaratdı. Halbuki, buna imkan verməmək lazım idi. İkinci qolu buraxmaq istəmirdik.

- Bəlkə rəqibin ilk yarıdakı zəif oynaması sizdə belə arxayınlığa səbəb oldu?
- Oyunumuzda hansı çatışmazlıqlar olduğunu baş məşqçi bizə söyləyəcək. Onları aradan qaldırsaq, cavab oyununda həmin səhvlər təkrarlanmaz.

- Səfərdə daha çox qol vurmaq şansınız var idi...
- Əlbəttə, növbəti qol və ya qolları vurmağımız bizim üçün çox yaxşı olardı. Amma artıq oyun geridə qalıb və bu barədə danışmaq mənasızdır. Cavab oyununa hazırlaşmaq lazımdır.

- Cavab oyunundan nə gözləyirsiniz?
- Növbəti həftə görəcəyik. Bakıda yaxşı futbol gözləyin. Cavab oyununda bizim necə çıxış edəcəyimizi isə baş məşqçi söyləyəcək.

- Pley-offa çıxmaq şansınız artıb?
- Bu barədə danışmaq istəmirəm. Rəqibimiz çox güclü Fransa təmsilçisidir. Fikrimcə, bunun özü hər şeyi deyir.

- Deməli, "Lill" hələ də favoritdir?
- Qoy onlar cavab matçında da favorit olaraq qalsınlar.

azerisport.az





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right