Azərbaycan yığmasının sabiq yarımmüdafiəçisi Rəşad Abdullayev karyerasını başa vurmağa hazırlaşır.
Newsport.az-ın məlumatına görə, 35 yaşlı futbolçu yayda "Zirə"dən ayrıldıqdan sonra özünə başqa klub tapa bilməyib.
Bu səbəbdən də Abdullayev artıq karyerasını başa vurmaq qərarına gəlib.
Qeyd edək ki, Rəşad karyerası ərzində "Xəzər Lənkəran", "Neftçi", "Qəbələ", "Bakı", "Rəvan", AZAL kimi klublarda çıxış edib.