"Neftçi" divizion klubuna 6 qol vurdu

"Neftçi”nin əvəzedici komandası təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib.

Newsport.az-ın məlumatına görə, paytaxt klubunun əvəzediciləri "Sabunçu” ilə qarşılaşıblar.

"Dalğa Arena”nın ehtiyat meydançasında baş tutmuş görüşdə "ağ-qaralar" 6:0 hesabı ilə qalib gəlib. Qollardan ikisini Bahadur Həziyev vurub. Ruzigar İbrahimzadə, Vüsal Hüseynov, Orxan Sabirbəyli və Əli Şirinov isə hərəyə bir dəfə fərqləniblər.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right