Ansi Aqollinin durumu: Cavab oyununda iştirak edə biləcəkmi?

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "Viktoriya” ilə səfər matçında zədə alan "Qarabağ”ın futbolçusu Ansi Aqollinin durumuna ayınlıq gəlib. 
 

Newsport.az-ın məlumatına görə, əzələsi dartılan albaniyalı futbolçunun durumu ciddi deyil. Təcrübəli futbolçu komandalar arasında bir həftə sonra Bakıda keçiriləcək qarşılaşmada iştirak edəcək. 
 
Qeyd edək ki, ötən gecə komandalar arasında Plzen şəhərində baş tutan qarşılaşmada hesab açılmamışıdı. Tərəflər arasında cavab oyunu avqustun 2-də paytaxtımızda yerləşən Tofiq Bəhramov adında Respublika Stadionunda baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right