PFL nümayəndələri sabah Gəncə stadionuna baxış keçirəcək

Peşəkar Futbol Liqasının (PFL) nümayəndələri Gəncəyə səfər edəcəklər.
Newsport.az-ın məlumatına görə, PFL prezidenti Ramin Musayev əməkdaşlarının Gəncə şəhər stadionuna baxış keçiriləcəklərini bildirib.  
 
Onun sözlərinə görə, Premyer Liqa oyunlarını qəbul edəcək 8 stadionun hamısına baxış keçiriləcək: "Sabahdan nümayəndələrimiz hər bir stadionun nəzərdən keçirilməsinə başlayacaqlar. Arenalarda jurnalistlərin normal fəaliyyət göstərməsi üçün hər cür şərait yaradılmalıdır. Hansı stadionda şərait olmasa, texniki avadanlıqların təchizində hər hansı problem yaşansa, həmin klubun rəhbərliyi cərimə olunacaq.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right