"Xəzər Lənkəran”ın sabiq çalışdırıcısı Elbrus Məmmədovun yeni iş yeri müəyyənləşib.
Newsport.az-ın məlumatına görə, Məmmədov I Divizionda mübarizə aparan "Mil-Muğan” komandasına çalışacaq. Belə ki, İmişli təmsilçisinin yeni baş məşqçisi Aqil Məmmədov olacaq. Sabiq "Xəzər Lənkəran”lı isə "Mil-Muğan”da Aqil Məmmədovun köməkçisi vəzifəsində çalışacaq.
Qeyd edək ki, "Mil-Muğan” klubuna yeni mövsümdən etibarən PFL-in prezidenti Ramin Musayev nəzarət edəcək.