"İki il öncə yoxlama matçında "Viktoriya" ilə oynamağımız və qalib gəlməyimiz bir şeyi dəyişmir. Rəqibimiz öz azarkeşləri önündə qələbə qazanmağa çalışacaq. Biz də meydana məğlub olmaq üçün çıxmırıq".
Newsport.az-ın məlumatına görə, "Qarabağ"ın futbolçusu Maksim Medvedev Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində "Viktoriya" ilə ilk oyun öncəsi klubun saytına deyib.
O bildirib ki, səhvsiz oyun göstərməyə çalışacaqlar: "Baş məşqçimizin verdiyi tapşırıqları yerinə yetirmək üçün əlimizdən gələni edəcəyik".
Qeyd edək ki, " Viktoriya" - "Qarabağ" oyunu bu gün Bakı vaxtı ilə saat 22:15-də başlayacaq.