Ramin Musayev: “Çempionatımız bu il daha gərgin keçəcək”

"Azərbaycanda ilk dəfə olaraq "CBC Sport” telekanalı vasitəsiylə püşkatma canlı yayımda azarkeşlərə təqdim olunur. Bizə bu imkanı yaratdıqlarına görə "CBC Sport” rəhbərliyinə təşəkkür edirəm. Çempionatın yayımlanması telkanaldan daha çox şey asılıdı. Bu gün çempionatımız canlı yayımına görə heç bir çempionatdan geri qalmır”.

Newsport.az-ın məlumatına görə,  bu sözlər PFL-in prezidenti Ramin Musayevə məxsusdur. 
 
PFL-in prezidenti Azərbaycan Premyer Liqasının  2016/17 mövsümü haqqında danışarkən bir çox məsələlər haqqında fikir: "Mənim fikrimcə, çempionatımız bu il daha gərgin keçəcək. Niyə? Çünki 8 komandadan 6 komanda Avropa Liqasına vəsiqə üçün mübarizə aparacaq. Bu il çempionatda bir az dəyişikliklər olacaq. Legioner rüsumun aşağı endirilməsi klublara kömək oldu. Qərara gəldik ki, bundan sonra futbolçuların adları forma üzərində olduğu kimi yazılmalıdı. Bunu klublarla razılaşıb etmişik”.
 
Ramin Musayev klublarımızın Avrokuboklardakı uğuru haqqında da danışıb: "Artıq keçilən II mərhələ ilə razılşamıırıq. Bu, bizim çempionatımızın yüksək səviyyədə olması deməkdi. İndi Avropada iki komanda qalıb – "Qarabağ” və "Qəbələ”. Həmin klublara uğurlar arzu edirəm”.
 
PFL-in başqanı FİFA referimiz Əliyar Ağayevin 19 yaşadək futbolçulardan ibarət milli komandalar arasında baş tutan Avropa Çempionatının final oyununu idarə etməsindən də danışıb. Musayev Əliyar Ağayevin PFL və AFFA-nı yox, Azərbaycanı təmsil etməsini vurğulayıb və onlarla fəxr etdiyini bildirib.  
 
Musayev milli komandamızın futbolçuları Budaq Nəsirov və Elnur Cəfərova Portuqaliyadakı karyerasında uğurlar arzulayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right