Bu gün Azərbaycan Premyer Liqasının 2016/2017-ci illər mövsümünün püşkatma mərasimi keçilib. Newsport.az xəbər verir ki, mərasim AFFA-nın inzibati binasında təşkil olunub.
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və klub nümayəndələrinin də iştirak edəcəyi mərasimdə iştirakçı komandalar ilk turdakı rəqiblərini tanıyıblar.
Yeni mövsümdən Premyer Liqada 8 klub mübarizə aparacaq. Bunlar "Qarabağ", "Zirə", "İnter", "Qəbələ", "Kəpəz", "Neftçi", "Sumqayıt" və AZAL-dır.
Püşkatmanın nəticəsi belə olub:
Premyer Liqa
1-ci tur
"Qəbələ" - "Kəpəz"
"Qarabağ" - "İnter"
"Zirə" - "Sumqayıt"
AZAL - "Neftçi"