AZAL-da gürcüstanlı hücumçu

Son iki mövsümü Azərbaycan çempionatının I Divizionunda mübarizə aparan "Neftçala” komandasının heyətində top qovan və bu komandanın bombardiri olan David Canalidze Premyer  Liqamızda çıxış edə bilər. 
 

Newsport.az-ın məlumatına görə, gürcüstanlı hücumçu Premyer Liqamızda mübarizə aparan AZAL komandasının düşərgəsindədi.  "Təyyarəçilər”in baş məşqçisi Tərlan Əhmədov hücumda gördüyü  futbolçuya artıq yoxlama oyunlarında şans verib. 
 
Məşqçilər korpusu qonşu ölkədən olan hücumçuyla bağlı yaxın günlərdə qərar verəcək. Futbolçunun oyunu Tərlan Əhmədovu qane etsə, onunla  1 illik müqavilə imzalanacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right