"Sumqayıt" Türkiyə klubuna məğlub oldu

Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sumqayıt” klubu qonşu ölkədə son yoxlama oyununu keçirib. 

Newsport.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda PTT 1-ci liqa təmsilçisi "Giresunspor"la qarşılaşıb. 

Maraqlı idman mübarizəsi şəraitində keçən görüşdə "Sumqayıt" meydanı 1:2 hesabı ilə məğlub tərk edib. Bu oyunda "Sumqayıt"ın yeganə qolunu Mirabdulla Abbasov vurub. 

Qeyd edək ki, "Sumqayıt" artıq bu gün səhər saatlarında Bolunu tərk edərək vətənə yola düşəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right