Avropa Liqasının II təsnifat mərhələsində mübarizəni dayandıran Gəncənin "Kəpəz” klubunda istirahət başa çatıb.
Newsport.az saytının məlumatına görə, "sarı-göylər” sabahdan etibarən məşqlərini bərpa edəcək və yeni mövsümün hazırlıqlarına start verəcək.
Bu barədə məlumatı saytımıza "Kəpəz”in baş məşqçisi Şahin Diniyev məlumat verib. Mütəxəssis sabahdan etibarən Bakıda bir araya gələcəklərini bildirib. Şahin Diniyev qeyd edib ki, 4 günlük istiarhət müddətində heç bir futbolçu ölkəsinə yollanmayıb və komanda sabah tam heyətlə məşqlərini bərpa edəcək.
Qeyd edək ki, "Kəpəz” Avropa Liqasının I təsnifat mərhələsində Moldavanın "Daçiya” komandasını mübarizədən kənarlaşdırsa da, II təsnifat mərhələsində Avstriya "Admira”sına məğlub olub.