Budaq Nəsirov “Sportinq”ə keçidi barədə: “Sevincdən özümdə deyildim”

Bu gün Portuqaliyanın "Sportinq" klubu ilə 5 illik müqavilə imzalayan Budaq Nəsirov bu keçidlə bağlı fikirlərini bölüşüb.
Newsport.az saytının məlumatına görə, gənc futbolçu klubun rəsmi saytına açıqlamasında fikirlərini bildirib.
Budaq sözlərini belə imzah edib: "Burada olduğum üçün çox şadam. Komandaya kömək etməyi çox istəyirəm. Klubun məni istəməsi, transfer etməsini yüksək səviyyədə qiymətləndirirəm. Menecerimə də təşəkkür edirəm ki, uzun müddət mənim üçün belə bir imkan axtardı. Sevincimdən özümdə deyildim. Çünki "Sportinq" Avropanın ən böyük klublarından biri hesab olunur".
 
Perspektivli futbolçumuz portuqal dilini bilmədiyini və bunu yaxın vaxtlarda oyrənəcəyini deyib: "Meydanda öz keyfiyyətlərimizi nümayiş etdirməyə çalışacağam. Məni tanımayanlara onu demək istərdim ki, məşqlərimizə, oyunlarımıza gəlsinlər və necə olduğumu meydanda öz gözləri ilə görsünlər".
Nəsirov bildirib ki, "Sportinq"in uğurları üçün əlindən gələni edəcək: "Söz verə bilərəm ki, meydanda özümü daim yaxşı tərəfdən göstərməyə, yüz faiz güc sərf etməyə çalışacağam. Bu, istər məşqlərə, istər yoxlama oyunlarına, istərsə də rəsmi oyunlara aiddir. Öz üzərimdə həmişə ürəkdən çalışmışam və meydanda var gücümü qoymuşam".




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right