Kamran Ağayev I Divizion klubunda

Azərbaycan millisinin qapıçı-məşqçisi Faiq Əzizov milli komanda ilə yanaşı, yeni yaranan "Səbail” klubunda da eyni vəzifədə çalışacaq.
 
Newsport.az saytının məlumatına görə, Əzizov "Səbail" komandasına məşqçi təyin olunması millimizin klubsuz olan qapıçıları Rəşad Əzizli, Kamran Ağayev və Emil Balayevin məşq yerini dəyişəməsinə səbəb olub. Buna qədər Faiq Əzizovun başçılğı altında fərdi şəkildə məşq edən qolkiperlər, bundan sonra "Səbail”in düşərgəsində Əzizovun rəhbərliyi altında çalışacaqlar. 
 
Qeyd edək ki, Kamran Ağayev, Emil Balayev və Əzizli hazırda klub axtarışlarını davam etdirirlər.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right