Türkiyədə təlim-məşq toplanışında olan Bakının "İnter" klubu bu gün növbəti yoxlama oyunu keçirib.
Newsport.az-ın məlumatına görə, "bankirlər" superliqa təmsilçisi "Gənclərbirliyi" ilə qarşılaşıb.
Matç Azərbaycan təmsilçisinin böyük hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, "İnter" bundan öncəki sınaq matçlarını da Türkiyə klublarına qarşı keçirmişdi. Öncə "Kasımpaşa"ya 2:1 hesabıyla qalib gələn bakılılar ardından "Elazığspor"la bərabərə qalmışdılar - 0:0.
Yoxlama oyunu
24 iyul
"İnter" - "Gənclərbirliyi" - 4:0 (4:0)
Qollar: Zərgərov, (1:0), (2:0), Bayramov, (3:0), Seyidov, (4:0).
"İnter"in start heyəti: Orxan Sadıqlı, Sertan Taşkın, Ruslan Abışov, Fuad Bayramov, Ricat Qarayev, Mirhüseyn Seyidov, Elnur Abdullayev, Taşkın İltər, Samir Zərgərov, Mirsahib Abbasov, Qara Qarayev.
Ehtiyat oyunçular: Səlahət Ağayev, Denis Silva, Tərlan Quliyev, Aqşin Quluzadə, Məmməd Quliyev, Abbas Hüseynov.