Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışında olan "Sumqayıt”ın yoxlama görüşündəki növbəti rəqibinin adına aydınlıq gəlib.
Newsport.az-ın məlumatına görə, "Gənclik şəhəri” təmsilçisi Türkiyə PTT I Liqasında mübarizə aparan "Girəsunspor” komandasıyla qarşılaşacaq. Sözügedən qarşılaşma Bakı vaxtı ilə 15:00-da başlayacaq.
Qeyd edək ki, "Sumqayıt” Boluda 3 yoxlama matçı keçirib. Samir Abasovun rəhbərlik etdiyi komanda "Əl-Xalic” (1-3, məğlubiyyət), "Torpedo” (1-1) və "Adana Dəmirspor” (0-0) komandaları ilə qarşılaşmışdı.