Premyer Liqamızda püşkün vaxtı açıqlandı

Azərbaycan Premyer Liqasında 2016/2017 mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib. 

Newsport.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, tədbir iyulun 26-da AFFA-nın inzibati binasında təşkil olunacaq. 

Saat 12:00-da başlayacaq püşkatma mərasimində Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və klub nümayəndələri iştirak edəcək. 

Qeyd edək ki, yeni mövsümdən Azərbaycan Premyer Liqasında 8 komanda - "Qarabağ", "Zirə", "Qəbələ", "İnter", "Kəpəz", "Neftçi", AZAL və "Sumqayıt" klubları mübarizə aparacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right