Azərbaycan milli komandasının müdafiəçisi Rasim Ramaldanovun yeni komandasının adına aydınlıq gəlib.
Newsport.az-ın məlumatına görə, son olaraq "Sumqayıt”ın uğurları üçün çalışan təcrübəli futbolçu karyerasını Gürcüstanda davam etdirəcək. Əldə etdiyimiz məlumata görə 30 yaşlı müdafiəçi "Poti” komandası ilə müqavilə imzalayıb.
Bu barədə məlumatı əməkdaşımızla söhbətində Ramaldanov özü təsdiqləyib. O bildirib ki, Kolxeti təmsilçisi ilə yarım illik müqavilə imzalayıb.
Qeyd edək ki, Ramaldanov karyerası ərzində "Simurq”, "Xəzər Lənkəran” və "Sumqayıt” kimi komandalarda forma geyinib.